Şahin Bağırov Bakıda keçirilən Level-2 məşqçi seminarının iştirakçıları ilə görüşüb
sizinxeber.az xəbər saytı

Şahin Bağırov Bakıda keçirilən Level-2 məşqçi seminarının iştirakçıları ilə görüşüb


Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, eləcə də federasiya əməkdaşları Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-2 məşqçi seminarının iştirakçıları ilə görüşüblər.

Bu barədə "Report"a AVF-dən məlumat verilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan tədbirdə Ş.Bağırov iştirakçıları salamlayaraq beynəlxalq seminarların məşqçilərin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, iştirakçılara uğurlar arzulayıb, onların daim çalışaraq peşəkarlıqlarının artırılması və biliklərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra FIVB-nin məşqçi-instruktoru, professor Cengiz Akarçeşme qonaqlara seminarla bağlı ətraflı məlumat verib.

Görüşdə federasiya rəsmiləri də çıxış edərək iştirakçılara uğurlar arzulayıblar, seminarın müvəffəqiyyətlə yekunlaşmasını, bütün iştirakçıların sertifikat əldə etməsini diləyiblər.

Oxşar xəbərlər

Azərbaycan Voleybol Federasiyasının "2-ci dərəcə" məşqçi kursu başa çatıb
Azərbaycan Voleybol Federasiyası növbəti dəfə məşqçi kursu təşkil edəcək
Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Bakıya gəlib
Azərbaycan Voleybol Federasiyası APA-nı təltif edib - FOTO
Şahin Bağırov Avropa Kubokunun qalibi olmuş “Azərreyl” klubunun üzvləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər