"Şəfa" yeni mövsümə hazırlıq planını açıqlayıb
sizinxeber.az xəbər saytı

"Şəfa" yeni mövsümə hazırlıq planını açıqlayıb


"Şəfa"nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Premyer Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Zaur Həşimovun rəhbərlik etdiyi komanda iyulun 2-də Bakıda toplaşacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək. İyulun 20-də isə "Şəfa" Qəbələyə yollanacaq.

Hazırlığın ikinci mərhələsi avqustun 9-dək burada davam edəcək. Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək.

Qarşılaşmaların tarixi və məkanı hələlik məlum deyil.

Oxşar xəbərlər

"İmişli" klubunun yay hazırlıq planı müəyyənləşib
“Araz-Naxçıvan”ın 2025/2026 mövsümü üçün hazırlıq planı dəqiqləşib
"İmişli"nin yoxlama oyununda üz-üzə gələcəyi daha iki rəqibi bəlli olub
"Neftçi"nin Polşada üz-üzə gələcəyi daha iki rəqibi açıqlanıb
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər