Oman sahillərində neft tankerində yanğın baş verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
18:00
0
0
1 084
ff aaaaaaa

Oman sahillərində neft tankerində yanğın baş verib

08 in, 2026
18:00
1 084

Oman sahillərində neft tankerində yanğın baş verib

Oman sahillərində göyərtəsində 24 hindistanlı dənizçinin olduğu "Marivex" neft tankerində yanğın baş verib.

"Sizinxeber.az" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Hindistanın federal limanlar və gəmiçilik naziri Opeş Kumar Şarma mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bütün heyət üzvləri təhlükəsizlikdədir. Məlumata görə, Madaqaskar bayrağı altında üzən gəmi yük daşımayıb.

"Hazırda bütün hindistanlı dənizçilər təhlükəsizlikdədir. Biz onların təhlükəsizliyini təmin etmək üçün fəaliyyətimizi Xarici İşlər Nazirliyi, Hindistan xaricdəki nümayəndəlikləri, Hindistan Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyi ilə əlaqələndiririk", - O.Şarma qeyd edib.

CNN telekanalının məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri gəmiyə zərbə endirib. Ötən ilin dekabrından bu tankerə qarşı İranla əlaqədar sanksiyalar tətbiq edilib. Ekipajın məlumatından aydın olur ki, zərbədən sonra göyərtədə yanğın baş verib, gəmi batmağa başlayıb. Dənizçilər iddia edirlər ki, maşın bölməsinə raket düşüb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul