Zahid Cəfərov: Ermənistanın Qərbi azərbaycanlılara qarşı siyasəti soyqırımıdır
sizinxeber.az xəbər saytı

Zahid Cəfərov: Ermənistanın Qərbi azərbaycanlılara qarşı siyasəti soyqırımıdır


Ermənistanın Qərbi azərbaycanlılara qarşı bütün dövrlərdə həyata keçirdiyi siyasət soyqırımı kimi xarakterizə olunmalıdır.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin üzvü, QAİ Hüquq Komissiyasının sədri Zahid Cəfərov "Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu siyasət milli zəmində və müəyyən bir xalqı məhv etmək niyyəti üzərində qurulmuşdu:

"Soyqırımı anlayışı geniş məzmuna malikdir və özündə həm mənəvi, həm də fiziki məhv etməni ehtiva edir. Burada xüsusilə nəzərə almaq lazımdır ki, mənəvi məhv etmə bir çox hallarda fiziki məhv etmədən daha təhlükəli nəticələrə səbəb ola bilər. Azərbaycan vətəndaşlarına qarşı həyata keçirilən bu siyasət də müxtəlif dövrlərdə məhz milli zəmində aparılmışdır. Bu səbəbdən Qərbi Azərbaycana qayıdış bizim həm hüququmuz, həm də mənəvi haqqımızdır. Biz Qərbi Azərbaycana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdacağıq və buna əmin ola bilərsiniz".

YENİLƏNİR

Oxşar xəbərlər

Əziz Ələkbərli: Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına şərait yaratmalıdır
Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb
Əziz Ələkbərli: Son 200 ildə ermənilər və havadarları azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti aparıb
Əziz Ələkbərli: "Qərbi Azərbaycana qayıdış" ideyasını yerlərdə soydaşlarımıza çatdırırıq
İcma rəsmisi: Qərbi azərbaycanlılar qayıdış hüququndan istifadə etmək üçün bütün postulatlara cavab verirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər