Astara Terminalında tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.
Səfər çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çinin "CRRC Ziyang Co., Ltd" şirkətinin rəhbəri Çen Çjisinlə görüşüb.
Görüşdə Azərbaycan Dəmir Yollarının lokomotiv parkının yenilənməsi, yük və sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, eləcə də ADY ilə "CRRC Ziyang Co., Ltd." arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması, ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə daşımaların strateji əhəmiyyəti dəmir yolu infrastrukturunun, o cümlədən lokomotiv parkının müasir tələblərə uyğun inkişafını zəruri edir. ADY yük əməliyyatlarının daha etibarlı, təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə xüsusi diqqət ayırır, bu sahədə Çin şirkətləri, o cümlədən "CRRC Ziyang" şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.
Oxşar xəbərlər
ADY Çindən lokomotivlər alır
ADY sədri DYƏT-in iclasında iştirak etdi
Azərbaycan və İranın dəmir yolu rəsmiləri Astara Terminalındakı tikinti işi ilə tanış olub
ADY lokomotiv parkını gücləndirir - FOTO
ADY: Astara terminalının inşası yükaşırmanı 4 milyon tona çatdıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
