Rövşən Hüseynli: "Azərbaycan millisinin yer aldığı qrupda aşkar favorit yoxdur"
Azərbaycan futzal millisinin dünya çempionatının əsas mərhələsində yer aldığı qrupda aşkar favorit yoxdur.
Bunu "Report"a açıqlamasında millinin qapıçısı Rövşən Hüseynli deyib.
Təcrübəli qolkiper püşkatmanın nəticəsini və rəqibləri dəyərləndirib:
"Qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacağıq. Çexiya millisi mənim üçün fərqlidir, çünki Avropa çempionatındakı ilk qələbəmizi məhz bu rəqib üzərində qazanmışıq. 2024-cü ildə yoldaşlıq görüşlərində də qarşılaşmışıq. Düzdür, viza səbəbindən həmin matçlarda iştirak edə bilmədim və təəssüf ki, yığma 0:3 və 2:6 hesabı ilə uduzdu. Çexiya son Avropa çempionatında çıxış etsə də, potensialına görə oyunu qənaətbəxş alınmadı".
Qapıçı Latviya seçməsi ilə keçirilən əvvəlki oyunları da xatırlayıb:
"Latviya millisi ilə yoldaşlıq oyunlarında qarşılaşmışıq. Həmin görüşlərin 1-də qələbə qazanmışıq, 1-də isə heç-heçə etmişik. Bu yığmaya qarşı statistikamız yaxşıdır. Onlar yaxın müddətdə Avropa çempionatına evsahibliyi etsələr də, qənaətbəxş oyun sərgiləmədilər. Son illərdə bizim də oyunumuz qənaətbəxş deyil. Ona görə də bu qrupda kiminsə aşkar favorit olduğunu deməzdim. Müəyyən üstünlüklər ola bilər, amma hər şey meydanda məlum olacaq. Oyunlara çox ciddi hazırlaşmaq lazımdır. Rəqibləri düzgün təhlil edib, yaxşı hazırlaşsaq, uğurlu nəticə qazana bilərik. Hər halda, milli komandaya uğurlar arzu edirəm".
Qeyd edək ki, Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində Çexiya və Latviya ilə eyni qrupda yer alıb.
Dünya çempionatında oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 "ikinci" elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.
Oxşar xəbərlər
Rövşən Hüseynli övladı dünyaya gəldiyi üçün yığma ilə Qazaxıstana gedə bilməyib
Azərbaycanın futzal millisinin dünya çempionatındakı rəqibləri bəlli olub
Azərbaycan millisi yoldaşlıq oyununda Latviya yığması ilə heç-heçə edib
Yevgeni Kukseviç: "Dünya çempionatının oyunları üçün düzgün hazırlıq keçməliyik"
Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Latviya yığması ilə üz-üzə gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
