Sovet əfsanəsi küçədə: Mi-26T şəhərdən keçirildi - Video
Belarusun paytaxtı Minskdə qeyri-adi görüntülər qeydə alınıb. Dünyanın ən böyük seriya istehsalı olan helikopterlərindən biri sayılan Mi-26T-nin gövdəsi şəhər küçələri ilə daşınıb.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda nəhəng helikopter gövdəsinin xüsusi platforma üzərində Minsk küçələrindən keçirildiyi görünür. Mi-26T-nin hara aparıldığı və daşınmanın hansı məqsədlə həyata keçirildiyi barədə hələlik rəsmi məlumat verilməyib.
Mi-26T sovet aviasiya sənayesinin ən məşhur layihələrindən biri hesab olunur. İlk uçuşunu 1977-ci ildə həyata keçirən bu helikopter bu gün də dünyanın ən iri yükdaşıyan helikopteri statusunu qoruyur.
Helikopter 20 tona qədər yük qaldıra bilir. Onunla tanklar, zirehli texnika, iri sənaye avadanlıqları və hətta digər hava nəqliyyatı vasitələrinin hissələri daşınır. Mi-26T-nin maksimal uçuş kütləsi 56 ton, maksimal sürəti isə saatda 295 kilometrdir.
Oxşar xəbərlər
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Ukraynada helikopter qəzaya uğrayıb, ölənlər var
Qazaxıstanda hərbi helikopter radarlardan itib
Hindistanda özəl helikopter qəzaya uğrayıb, ölənlər var
Ağdərədə yanğının söndürülməsinə helikopter cəlb olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
