Ağdaşda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr olacaq
Aprelin 4-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaşda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin təşkil edilməsi nəzərdə tutulur.
“Report” bu barədə nazirliyə istinadən xəbər verir.
Sessiyada aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq, Müzakirələrdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət maliyyə qurumlarının, aparıcı bank və bank olmayan kredit təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır.
Aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, fermerlərin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi və digər mövzuların müzakirəsi gözlənilir. Sessiya çərçivəsində fermerlərin və sahibkarların sualları cavablandırılacaq, onlara mövcud və yeni maliyyə mexanizmləri barədə ətraflı məlumat veriləcək.
Panel müzakirələrdə aqrar sahədə fəaliyyət göstərən bütün sahibkarlar və maraqlı tərəflər iştirak edə bilərlər. “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin il ərzində bütün iqtisadi rayonlarda keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
İmişlidə bu ilin ilk Aqrar Biznes Festivalı keçiriləcək
Azərbaycanda ötən il 33 rayonda Aqrar Biznes Festivalı keçirilib
Tovuzda “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçiriləcək
Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilir
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












