Tovuzda “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçiriləcək
Martın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayon Mədəniyyət Evində “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçiriləcək.
"Sizinxeber.az" bu barədə nazirliyə istinadən xəbər verir.
Aqrar Biznes Festivalı çərçivəsində baş tutacaq Forumun keçirilməsində məqsəd aqrar sahədə istehsalın və səmərəliliyin artırılması, həmçinin sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdir.
Forumun əsas hədəfləri sahibkarların kooperativlər vasitəsilə aqrar biznesə daha səmərəli inteqrasiyasını təşviq etmək, onların iqtisadi müstəqilliyini artırmaq və kooperativlərin inkişafına dəstək verməkdir.
Tədbirdə 20-dən çox rayondan kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 30-dan artıq qadın inkişaf və müəssisə qrupu iştirak edəcək.
Forumun ilk hissəsində dövlət qurumları və assosiasiyaların iştirakı ilə “Kooperasiyaların formalaşmasına və strateji inkişafına dəstək” mövzusunda panel müzakirə təşkil ediləcək. Müzakirələr zamanı kooperativlərin qurulması, idarə olunması və inkişaf perspektivləri barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Forumun ikinci hissəsində regional sərgilərdə fəal iştirak edən kooperativ rəhbərlərinin qatılacağı “Kooperativlərin inkişafı: təşəbbüslər və uğurlu təcrübələr” mövzusunda panel müzakirələrdə isə uğurlu sahibkarlıq nümunələri və aqrar sahədə kooperativlərin inkişafına dair praktik təcrübələr paylaşılacaq.
Bu tədbirin aqrar sektorun inkişafına töhfə verməsi, regionlarda sahibkarların biznes mühitində daha fəal iştirakını stimullaşdırması və kooperativlər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olacağı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycanda ötən il 33 rayonda Aqrar Biznes Festivalı keçirilib
İmişlidə bu ilin ilk Aqrar Biznes Festivalı keçiriləcək
Azərbaycan və Qazaxıstan aqrar məhsulların birgə ixracını müzakirə edəcək
Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilir
Nazir: "Aqrar istehsalı və emal sənayesini inkişaf etdirmək son dərəcə vacibdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












