Afarin Şahidzadə: Rəqəmsal məkanda insan hüquqlarının müdafiəsi əsas çağırış olaraq qalır
sizinxeber.az xəbər saytı

Afarin Şahidzadə: Rəqəmsal məkanda insan hüquqlarının müdafiəsi əsas çağırış olaraq qalır


Texnologiyaların sürətli inkişafı insan həyatının demək olar ki, bütün sahələrinə təsir göstərərək yeni imkanlar açır, lakin eyni zamanda insan hüquqlarının müdafiəsi sahəsində ciddi çağırışlar yaradır.

"Report" xəbər verir ki, bu barədə BMT-nin və insan hüquqları mexanizmləri üzrə eksperti Afarin Şahidzadə Beynəlxalq Bakı Ombudsmanlar Sammiti çərçivəsində keçirilən panel sessiyasında bildirib.

"Biz informasiyaya çıxış, təhsil, məşğulluq, səhiyyə, maliyyə xidmətləri və dövlət idarəçiliyi də daxil olmaqla, həyatımızın demək olar ki, bütün sahələrini əhatə edən sürətli texnoloji tərəqqi dövründə yaşayırıq. Hər bir innovasiya kimi, rəqəmsal texnologiyalar da ayrı-ayrı fərdlər və bütövlükdə cəmiyyət üçün həm üstünlüklər, həm də risklər daşıyır. Rəqəmsal məkanda insan hüquqlarının müdafiəsi müasir dövrün ən mürəkkəb və aktual çağırışlarından birinə çevrilib. İnsan hüquqları üçün risklərə qarşı sayıqlığı qorumaq və süni intellektdən bütün insanların rifahı naminə məsuliyyətli istifadəni təmin edəcək mexanizmlər hazırlamaq lazımdır", - o vurğulayıb.

Şahidzadə qeyd edib ki, rəqəmsal dövrün ən aktual məsələləri sırasında şəxsi həyatın, fərdi məlumatların qorunması, eləcə də sosial şəbəkələrdə saxta xəbərlərin sürətlə yayılması şəraitində vətəndaşların etibarlı məlumat almaq hüququnun təmin edilməsi qalmaqdadır.

Onun sözlərinə görə, internetdə dezinformasiya ciddi ictimai nəticələrə səbəb ola bilər.

"İnternetdəki yalan məlumatlar insanların inanclarına təsir etmək, ictimai institutları sarsıtmaq, inamsızlığın yayılmasına və hətta əhalinin ayrı-ayrı qruplarına qarşı nifrətin qızışdırılmasına təkan vermək qabiliyyətinə malikdir. O, həmçinin vətəndaşların məhkəmə sisteminə və dövlət institutlarına etimadını azalda bilər", - ekspert bildirib.

Oxşar xəbərlər

Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb
İƏT Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa dəstəyini müsbət qarşılayıb
Amina Buayaş: İnsan hüquqları təsisatları innovasiyalara qarşı deyil
Səbinə Əliyeva: Beynəlxalq ictimaiyyət insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır
Oman "ağıllı idarəetmə"yə keçid zamanı insan ləyaqətinin qorunmasına çağırış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər