İmişlidə bu ilin ilk Aqrar Biznes Festivalı keçiriləcək
sizinxeber.az xəbər saytı

İmişlidə bu ilin ilk Aqrar Biznes Festivalı keçiriləcək


2025-ci ilin ilk Aqrar Biznes Festivalı fevralın 19-da İmişli rayonunda keçiriləcək.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, festival çərçivəsində müxtəlif xidmət və məhsulların nümayişi ilə yanaşı, maliyyə qurumlarının iştiraki ilə “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr təşkil olunacaq.

Tədbirdə fermerlərin, kiçik və orta sahibkarların, kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalı ilə məşğul olan yerli və xarici şirkətlərin, eləcə də dövlət qurumlarının iştirakı ilə müxtəlif xidmət təklifi, innovativ məhsul və avadanlıqların nümayişi həyata keçiriləcək.

Qeyd edək ki, ötən il Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin 12 iqtisadi rayonunu əhatə edən 33 rayonunda Aqrar Biznes Festivalları keçirilib.

Sözügedən festivallarda 56 rayondan 17 171 nəfər kənd təsərrüfatı məhsul istehsalçısı və emalçısı iştirak edib, fermerlərin maarifləndirilməsi istiqamətində aqrar sahənin prioritet sahələri üzrə ən qabaqcıl təcrübə və yeniliklərlə bağlı 32 təlim və 9 panel müzakirə təşkil olunub.

Aqrar sahədə müasir innovativ yeniliklərin nümayiş olunduğu festivallar çərçivəsində bir sıra şirkət və fərdi sahibkar tərəfindən 6 125 000 manat həcmində satış həyata keçirilib, həmçinin kredit yarmarkalarında 6 bank tərəfindən 1 662 077 manat dəyərində kredit verilib.

Oxşar xəbərlər

Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilir
Azərbaycanda ötən il 33 rayonda Aqrar Biznes Festivalı keçirilib
AİM-in direktoru: "Əkin sahələrinin 10 %-də müasir suvarma sistemləri qurulub"
“Aqrar Tədarük və Təchizat”ın rəhbərliyi dəyişib
Siyəzəndə Aqrar Biznes Festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər