Səməd Bəşirli: "Pambıqçılıq qeyri-neft-qaz sektorunun prioritet istiqamətlərindəndir"
sizinxeber.az xəbər saytı

Səməd Bəşirli: "Pambıqçılıq qeyri-neft-qaz sektorunun prioritet istiqamətlərindəndir"


Azərbaycanda pambıqçılıq qeyri-neft-qaz sektorunun prioritet istiqamətlərindəndir.

"Report"un Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindən biri qeyri-neft-qaz sektorunun inkişafı, regionların iqtisadi potensialının gücləndirilməsi, yüksək əlavə dəyər yaradan istehsal sahələrinin genişləndirilməsidir: "Bu baxımdan pambıqçılığın inkişafı təkcə aqrar sektorun deyil, həm də emal sənayesinin, ixracyönümlü istehsalın və regional sənaye klasterlərinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir. Pambıq ölkəmizin rəqabət üstünlüyünə malik strateji yerli xammal resurslarından biridir. Bu xammalın ölkədə daha dərin emalı sənaye istehsalının genişləndirilməsinə, qeyri-neft ixracının artırılmasına, minlərlə yeni iş yerinin yaradılmasına və regionlarda dayanıqlı iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Məhz buna görə də son illərdə dövlət siyasəti pambıq istehsalının dəstəklənməsi ilə yanaşı, onun emalının genişləndirilməsi və yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsinin təşviqi istiqamətində ardıcıl şəkildə həyata keçirilir".

Nazir müavini əlavə edib ki, Azərbaycanda pambıq emalı və tekstil sənayesinə investisiyalar artırılır: "Son illər ölkədə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində yerli xammala əsaslanan emal sənayesinin inkişafı məqsədilə kompleks dəstək mexanizmləri formalaşdırılıb, investisiya mühiti daha da yaxşılaşdırılıb və özəl sektorun təşəbbüslərinin stimullaşdırılması istiqamətində ardıcıl addımlar atılıb. Vergi və gömrük güzəştləri, güzəştli maliyyələşmə alətləri, sənaye zonalarının yaratdığı imkanlar və müxtəlif təşviq mexanizmləri pambıq emalı və tekstil sənayesinə özəl investisiyaların cəlb olunması üçün əlverişli şərait yaradıb.

Dövlət dəstəyi nəticəsində pambıqçılıq və pambıq emalı sahəsində çoxsaylı investisiya layihələri həyata keçirilib, yeni istehsal gücləri yaradılıb, müasir texnologiyaların tətbiqi genişlənib və özəl sektorun investisiya fəallığı əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, pambıq emalı və tekstil sənayesinin inkişafı üçün müasir sənaye infrastrukturunun formalaşdırılması istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə yaradılmış Mingəçevir Sənaye Parkı artıq ölkədə tekstil sənayesinin və pambıq əsaslı sənaye klasterinin inkişafının əsas mərkəzlərindən birinə çevrilməkdədir".

Oxşar xəbərlər

Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Zeynal Nağdəliyev: "Pambıqçılıqda məhsuldarlıq və rəqabətqabiliyyətlilik yeni mərhələyə keçir"
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Zeynal Nağdəliyev: "Azərbaycanda aqrar sahəyə 700 milyon manat investisiya qoyulacaq"
Zaur Mikayılov: "Pambıq əkinlərinin suvarılması dövlət nəzarətində saxlanılır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər