Peşə tanınması imtahanının nəticələri açıqlanıb
sizinxeber.az xəbər saytı

Peşə tanınması imtahanının nəticələri açıqlanıb


DİM tərəfindən keçirilən peşə tanınması imtahanının nəticələri açıqlanıb.

Bu barədə Sizinxeber.az-ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, imtahan 16 iyunda DİM tərəfindən keçirilib, imtahanda iştirak etmək üçün 145 namizəd qeydiyyatdan keçib, onlardan 115-i imtahanda iştirak edib, yalnız 16 nəfər keçid balını toplayıb.

20 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 13,91% təşkil edib. Belə ki, peşə tanınması imtahanında “Hüquqşünaslıq” ixtisası üzrə 57 nəfər iştirak edib, onlardan yalnız 10 nəfəri, başqa sözlə, cəmi 17.54%-i uğurlu nəticə əldə edib. Beləliklə, “Hüquqşünaslıq” ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 82.46 %-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Eyni zamanda, “Mühəndislik” ixtisası üzrə peşə tanınması imtahanında 48 nəfər iştirak edib, namizədlərdən yalnız 3 nəfəri, başqa sözlə, cəmi 6.25%-i uğurlu nəticə əldə edib. Nümunə olaraq, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 100%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Həmçinin, “Müəllimlik” ixtisası üzrə peşə tanınması imtahanında 10 nəfər iştirak edib, onlardan yalnız 3-ü uğurlu nəticə əldə edib. Beləliklə, “Müəllimlik” ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 70%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Oxşar xəbərlər

Peşə tanınmasında məzunları ən çox imtina alan Ukrayna və Rusiya universitetlərinin adları açıqlanıb
Peşə tanınması ilə bağlı keçirilmiş imtahanda 179 namizəd keçid balını toplaya bilməyib
Peşə tanınması ilə bağlı keçirilmiş imtahandan 179 nəfər kəsilib
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilib
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər