AP İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının ləğvinin səbəbini açıqlayıb
İran nümayəndələri İsrail və Livan arasında davam edən hərbi əməliyyatlara görə iyunun 19-da ABŞ ilə danışıqların keçirilməli olduğu İsveçrəyə səfərdən imtina ediblər.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
"İran rəsmiləri danışıqlar başlamazdan əvvəl Livanda hərbi əməliyyatların dayandırılmalı olduğunda təkid edərək planlaşdırıldığı kimi İsveçrəyə getməyiblər. ABŞ-nin Vitse-prezidenti Cey Di Vens də səfərini təxirə salıb", - AP yazıb.
Agentliyin həmsöhbətinin məlumatına görə, İsrail və Livanın radikal "Hizbullah" qruplaşması atəşkəs haqqında razılaşmanı bərpa etmək barədə razılığa gəliblər və bu barədə qərar yaxın vaxtlarda elan oluna bilər.
Daha sonra "Axios" portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən bildirib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff hazırda İran nümayəndə heyəti ilə danışıqlarda iştirak etmək üçün İsveçrəyə yollanır, Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner isə artıq oradadır. Konkret tarix barədə məlumat verilməyib.
Ötən gün - iyunun 19-da məlum olub ki, İsrail və "Hizbullah" atəşkəs barədə razılığa gəlib. Lakin qısa müddət sonra hərbi əməliyyatlar bərpa edilib.
Oxşar xəbərlər
"Hizbullah" ABŞ və İranın atəşkəs memorandumunu dəstəkləyib
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
KİV: Vens ABŞ-İran danışıqlarına qoşula bilər
"Al-Mayadeen": "Hizbullah" bu gün İsraillə atəşkəs rejimi elan edəcək
Cozef Aun: ABŞ və İran arasındakı razılaşma İsrail və "Hizbullah" arasındakı münaqişəyə son qoyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
