Flora Kərimova Mehriban Əliyevaya təşəkkür edib
Azərbaycanın Xalq artisti Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Sizinxeber.az xəbər verir ki, sənətkar özünün sosial şəbəkə hesabında Mehriban Əliyevanın göstərdiyi diqqət, qayğı və müalicəsini şəxsi nəzarətində saxlamasına görə minnətdarlığını ifadə edib.
“Səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı.
Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.
Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram”, - Xalq artisti qeyd edib.
Xatırladaq ki, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Oxşar xəbərlər
Flora Kərimova ona göstərilən qayğıya görə Mehriban Əliyevaya təşəkkür edib
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Həştərxan qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Həsrət Cəfərovla bağlı paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
-
TÜRKPA baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
-
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir
