İcra başçısı: "Sabirabadda ötən il 613 milyon manatlıq aqrar məhsul istehsal olunub"
2025-ci ildə Sabirabad rayonunda ümumi məhsil istehsalının dəyəri 919,1 milyon manat, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsal dəyəri isə 613,5 milyon manat təşkil edib.
"Report"un Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.
"Beləliklə, ötən il ümumi məhsul buraxılışının təqribən 67 %-i kənd təsərrüfatının payına düşüb. Bunun da 55 %-dən çoxu, yəni 329,6 milyon manatlıq hissəsi heyvandarlıq sahəsində əldə edilib. Bu da öz növbəsində ölkə üzrə ən yüksək göstəricidir. Həmçinin 2025-ci ildə rayonda 20 262 hektarda taxıl əkini aparılıb, 88 292,5 ton məhsul tədarük edilib, məhsuldarlıq hər hektardan 43,6 sentner olub ki, bu da respublika səviyyəsində yüksək göstəricilərindən biridir. 2025-ci illə müqayisədə 2026-cı ildə rayonda taxıl əkini sahələri 3 542 hektar artaraq 23 804 hektar olub. Bu il 45 sentnerdən çox məhsuldarlıq gözlənilir. Ümumiyyətlə 2025-ci illə müqayisədə 2026-cı ildə 3 min hektara yaxın torpaq sahəsində artıq əkin aparılıb və əkin dövriyyəsi 70 410 hektar təşkil edib", - deyə o qeyd edib.
İcra başçısı 17 sentyabr 2016-cı ildə Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabad rayonunda keçirilmiş müşavirəni xatırladıb: "Həmin müşavirədə qarşımıza çox ciddi vəzifələr qoyulub. Verilən tapşırığın icrasını təmin etmək məqsədilə mövcud imkanlar təhlil olunaraq qərargah yaradılıb, şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulub Bunun nəticəsi olaraq Sabirabad rayonunda 2016-cı illə müqayisədə 2025-ci ildə pambıq əkin sahələri 2 dəfəyə yaxın, məhsul istehsalı 5 dəfə, hər hektardan məhsuldarlıq isə 3 dəfə artıb. Belə ki, 2016-cı ildə əkin sahələri 6 113 hektar, məhsul istehsalı 7 713 ton, hər hektardan məhsuldarlıq 12,06 sentner olmuşdusa, 2025-ci ildə 11 086 hektarda pambıq əkilib, 37 505,5 ton pambıq toplanaraq emal müəssisələrinə təhvil verilib, məhsuldarlıq isə hər hektardan 33,8 sentner olub. 2025-ci ildə fermerlərin pul gəliri 37 milyon manatdan çox olmuş, onlara dövlət 7,2 milyon manat subsidiya verib. 2025-ci ildə pambıq yığımı 3597 ton çox olub, hər hektardan məhsuldarlıq isə 8,2 sentner artıb".
Onun sözlərinə görə, 2025-ci ildə bir neçə fermer pambıq əkinindən hər hektardan 60 sentnerdən yuxarı məhsul tədarük edib: "Pambıq əkinlərinin artması hesabına rayonda fəaliyyət göstərən illik 32 min ton emal gücü olan 2 pambıq zavodunda və 54 min ton gücü olan 6 pambıq qəbulu məntəqəsində hazırda daimi 413 nəfər, mövsümü isə 519 nəfər işçi çalışır. 2025-ci ildə oktyabrın 28-də Prezidentin rayona səfəri zamanı Sabirabad Sənaye Məhəlləsində açılışı olan müəssisələrdən biri də illik 20 min ton emal, 10 min ton pambıq qəbulu gücü olan zavod olub. Cari ildə 1550 mülkiyyətçi ilə 7 pambıq şirkəti müqavilə bağlayıb, 11 024 hektar sahədə pambıq əkilərək aqrotexniki qaydada becərilir. İşlərin gedişi onu deməyə əsas verir ki, cari ildə rayonda həm pambıq tədarükü və həm də məhsuldarlıq artacaq".
"Ölkə Prezidenti pambığın hər hektarından məhsuldarlığın 50 sentnerə çatdırılmasını bir vəzifə olaraq qarşımıza qoyub. Hesab edirəm ki, ötən illərin təcrübəsi, pambıqçılığın inkişafı ilə bağlı yaradılan hərtərəfli şərait, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək nəticəsində qarşımıza qoyulan hədəflərə nail olunacaq", - deyə S.Cabbarov vurğulayıb.
Oxşar xəbərlər
Nazir: "Naxçıvanda ötən il 127 milyon manatlıq aqrar məhsul istehsal edilib"
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
Zeynal Nağdəliyev: "Azərbaycanda aqrar sahəyə 700 milyon manat investisiya qoyulacaq"
İcra başçısı: "Beyləqanda taxıl istehsalı hədəfə yaxınlaşır"
Naxçıvanda kənd təsərrüfatı istehsalı 1 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
