Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
sizinxeber.az xəbər saytı

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib


Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə dəyirmi masa təşkil olunub.

"Sizinxeber.az" xəbər verir ki, dəyirmi masada Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, beyin mərkəzlərin, mədəni irs, ənənəvi sənətkarlıq və yaradıcılıq sənayeləri istiqamətində fəaliyyət göstərən qurumların təmsilçiləri, Çin üzrə ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin iki ölkənin strateji tərəfdaşlığının genişləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycan ilə Çin arasında qədim İpək Yolunun formalaşdırdığı tarixi-mədəni bağların yeni məzmunla zənginləşməsinə xidmət edir.

Tədbirdə Azərbaycan–Çin əlaqələrinin inkişafının perspektivləri, xalqlar arasında dialoqun gücləndirilməsində incəsənətin rolu və birgə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin tədbir çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilən ekspozisiyalara - Çin incəsənəti nümunələrinə baxış keçirilib. Qonaqlara muzeyin kolleksiyasında qorunan Şərq incəsənətinə aid nadir eksponatlar, onların tarixi və bədii xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Oxşar xəbərlər

MEDİA-da dəyirmi masa keçirildi
Səfir: Qarşılıqlı səfərlər Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır
Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb
Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində sərgisi açılıb
Pineviç: Belarusda bu ilin payızında Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər