Hacıqabul rayonunda iki günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb
sizinxeber.az xəbər saytı

Hacıqabul rayonunda iki günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb


Hacıqabul rayonunda iki günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb.

Sizinxeber.az-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə müvafiq qərarlar verib.

Qoyuluş gücü 160 MVt olan iki günəş elektrik stansiyasının tikintisi məqsədilə Hacıqabul rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 321,0 hektar və 320 hektar torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Energetika Nazirliyi müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun həyata keçirməlidir.

Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş günəş elektrik stansiyalarının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

Hacıqabul Rayon İcra Hakimiyyəti tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 (üç) gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Oxşar xəbərlər

Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib
Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyənləşib
Nazirlər Kabineti Hacıqabulda günəş elektrik stansiyasının tikintisi üçün torpaq ayırıb
Cəbrayılda daha 229 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi istifadə ediləcək
Naxçıvanda alternativ enerji istehsalı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər