Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaşın batması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Quliyev Elvin Asif oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
17.06
Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun ucqar dağ kəndi olan Biləsərdə, Hirkan Milli Parkı ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin batdığı bildirilir.
Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda batan şəxsin sudan çıxarılması üçün tədbirlər görülür.
Oxşar xəbərlər
Şəlalədə çimən 32 yaşlı şəxsin meyiti tapılıb - YENİLƏNİB
Kürdəmir sakini kanalda boğulub
Göygöldə 2 uşaq göldə boğularaq ölüb - YENİLƏNİB
Bilgəhdə dənizdə batan 19 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB
Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
