Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətini artırmaq üçün İşçi Qrupu yaradılıb
sizinxeber.az xəbər saytı

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətini artırmaq üçün İşçi Qrupu yaradılıb


"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının icrasını təmin etmək məqsədilə İşçi Qrupu yaradılıb.

"Report" xəbər verir ki, elm və nazirinin müvafiq əmri ilə yaradılan İşçi Qrupun ilk görüşü olub.

Görüşdə "Məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması" tədbiri çərçivəsində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartlarının yenilənməsi müzakirə edilib.

Eləcə də uyğunlaşdırılmış peşə təhsili proqramlarının çərçivə sənədinin hazırlanmasına dair görülmüş işlər, mövcud ehtiyaclar və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, işçi qrupunun tərkibinə Elm və Təhsil Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər maraqlı tərəflərin nümayəndələri daxildir.

Oxşar xəbərlər

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək
Azərbaycanda 2024-2025-ci tədris ili üçün 1167 məhkum peşə təhsilinə cəlb olunub
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işçi qrupu yaradılıb
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair Fəaliyyət Planı təsdiqlənib
Peşə təhsilinə cəlb edilmiş məhkumlar ödənişli fəaliyyətə cəlb olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər