Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramının icrası üzrə İşçi qrupun ilk iclası keçirilib
Dövlət Statistika Komitəsində "Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupun ilk iclası keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Komitə sədri Azər Mursaqulov bildirib ki, mövcud sosial-ictimai və iqtisadi vəziyyətin hərtərəfli qiymətləndirilməsi, doğru qərarların verilməsi, nəticə əsaslı proqramların və növbəti addımların düzgün planlaşdırılmasının təməlində ilk növbədə dəqiq, etibarlı və obyektiv rəsmi statistikanın mövcudluğu, habelə həmin rəsmi statistik məlumatların düzgün təhlili dayanır.
O qeyd edib ki, dövlət orqanlarının malik olduğu inzibati məlumatlardan daha geniş istifadə edilməsi, həmin məlumatların dəqiq, etibarlı və aktual xarakter daşıması rəsmi statistikanın keyfiyyətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, bu baxımdan Dövlət Proqramının uğurla icrası qarşıda duran əsas vəzifələrdən biridir.
Daha sonra Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov proqramda nəzərdə tutulmuş tədbirlər, onların həyata keçirilməsi mexanizmləri, monitorinq və qiymətləndirmə prosesi, eləcə də nəticə indikatorları barədə təqdimatla çıxış edib.
İclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər, qurumlararası əməkdaşlıq, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsi, məlumat mübadiləsinin təkmilləşdirilməsi və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması üzrə İşçi qrupun nəzdində alt işçi qruplar yaradılıb
Azərbaycanda “Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası olub
Naxçıvanda özəl sektorun inkişafına yönəlmiş dəstəkləyici tədbirlər müzakirə olunub
Xankəndidə Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir
Zeynal Nağdəliyev Dövlət Proqramının icrası üçün qurumlararası koordinasiyanı gücləndirməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
