Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Openwave” Açıq İnnovasiya Hakatonu uğurla başa çatıb.
“Openwave” gənclərin texnologiya və sahibkarlıq bacarıqlarının gücləndirilməsi, eləcə də dövlət qurumları ilə gənc innovatorlar arasında əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə keçirilib. Hakaton dövlət qurumlarında innovasiya mühitinin inkişafını və bu prosesdə startapların, fərdi istedadların potensialından birgə istifadəni təşviq edib.
Hakaton çərçivəsində seçilmiş 15 komanda Nərimanov rayonunda idarəetmənin optimallaşdırılması istiqamətində rəqəmsal həllər və işlək prototiplər təqdim ediblər. İştirakçılar onlara verilmiş aktual mövzular üzrə layihələr işləyərək, real ictimai məsələlərin həllinə yönəlmiş və aidiyyəti qurumların işini asanlaşdıracaq mexanizmlər təklif ediblər. Layihələr əsasən ərazi idarəetməsində hesabatlılığın rəqəmsallaşdırılması, vətəndaşlarla operativ ünsiyyət mexanizmlərinin təkmilləşdirilməsi və infrastruktur problemlərinin avtomatlaşdırılmış qeydiyyatı kimi prioritet mövzuları əhatə edib.
Növbəti mərhələdə komandalar hazırladıqları həlləri münsiflər heyəti qarşısında təqdim ediblər. Yekunda 10 000 AZN mükafat fondu üzrə qaliblər müəyyən olunub:
- I yer (5000 AZN): “Digi Solution” komandası
- II yer (3000 AZN): “ExaMinds” komandası
- III yer (2000 AZN): “Conflict” komandası
Qeyd edək ki, qiymətləndirmə ideyanın aktuallığı, texniki icra səviyyəsi, innovativ yanaşma və istifadəçi təcrübəsi meyarları əsasında həyata keçirilib.
Oxşar xəbərlər
“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi üçün qeydiyyat davam edir - VİDEO
Rəqəmsal layihələrlə zəngin UNEC İnnovasiya Həftəsi uğurla başa çatıb
“Məktəblilərarası Milli Hakaton” üzrə seçim mərhələsi başlayıb
“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin ilkin mərhələsinin müddəti uzadılıb
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
