İş yerlərində gender bərabərliyi mövzusunda tədbirlər keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş yerlərində gender bərabərliyi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Bu barədə Sizinxeber.az-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirlər Xidmətin Bakı Şəhər İdarəsi və Abşeron-Xızı regional şöbəsi tərəfindən təşkil olunub.
Qeyd edilib ki, maarifləndirmə tədbirlərində Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də dövlət və özəl sektorlarda fəaliyyət göstərən 150-yə yaxın işəgötürən və onların nümayəndələri iştirak ediblər.
Tədbirlər zamanı əmək münasibətlərində bərabər yanaşma prinsipinin təmin olunması, işə qəbul, əmək şəraiti, əməkhaqqı, vəzifə bölgüsü və karyera imkanları zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi barədə məlumat verilib.
Həmçinin iş yerlərində ayrı-seçkiliyin qarşısının alınması istiqamətində işəgötürənlərin üzərinə düşən vəzifələr, sağlam və ədalətli əmək mühitinin formalaşdırılması, işçilərin hüquqlarına hörmətlə yanaşılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirlərin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Gender bərabərliyinin təmin olunmasının əmək münasibətlərində daha ədalətli və səmərəli iş mühitinin formalaşmasına da töhfə verdiyi vurğulanıb.
Maarifləndirmə tədbirləri 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində və “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən təşkil olunub".
Oxşar xəbərlər
Bu il 49 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib
Bu il əmək qanunvericiliyi tələblərinin 2 128 halda pozulması faktı aşkarlanıb
Əmək hüquqlarını pozan şirkət 20 min, vəzifəli şəxsi 3 min manat cərimələnib
Xocalıda əmək hüquqlarını pozan şirkət 20 min, vəzifəli şəxs 4 min manat cərimə edilib
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
