Nazir: Azərbaycanın strateji valyuta ehtiyatları 88,4 milyard dollara çatıb
"Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb".
Sizinxeber.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin ən aşağı olduğu ölkələrdən biridir: “Dövlət borcunun məzənnə və xarici bazar riskləri bu dövr ərzində azalıb. Orta ödəmə müddətimiz artıq 3,83 ilə çatıb. Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb ki, bu da ÜDM-i təqribən 15% üstələyir. Büdcəmiz profisitlə icra edilib. Büdcənin icrasında cari xərclərə nəzər saldıqda, qeyri-neft gəlirləri hesabına onların örtülməsi 92%-ə çatıb ki, bu da proqnozdan 7,5%-dən çoxdur. Bunu gələn il 100%-ə çatdırmağı hədəfləyirik”.
Oxşar xəbərlər
Azərbaycanın strateji valyuta ehtiyatı 88 milyard dolları keçib
Sahil Babayev: "Strateji valyuta ehtiyatlarımız 74 milyard dolları keçib"
Valyuta ehtiyatlarımız 88 milyard dollara çatdı
Baş nazir son makroiqtisadi göstəriciləri açıqlayıb
Ötən il dövlət büdcəsinin gəlirləri proqnozu 2,2% üstələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
