Türkiyə ilə Venesuala ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir - YENİLƏNİB
Türkiyə-Venesuela ikitərəfli münasibətləri və qlobal proseslər müzakirə edilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Rəcəb Tayyib Ərdoğanın venesuelalı həmkarı Delsi Rodriqeslə görüşünə dair məlumatında qeyd olunub.
"Görüşdə Türkiyənin hər zaman dost Venesuela xalqının yanında olduğu ifadə edilib", - məlumatda vurğulanıb.
Bildirilib ki, Türkiyə ilə Venesuela ticarət, enerji və mədənçilik sahələri başda olmaqla, bir çox sektorlarda əməkdaşlığı daha da irəli aparmaq qərarına gəlib:
"Görüşdə, 3 milyard dollar ticarət döviyyəsi hədəfinə nail olmaq üçün atılacaq addımlar da dəyərləndirilib".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqesi qəbul edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüşün müzakirə mövzuları barədə hələ məlumat verilməsə də, iştirakçılar açıqlanıb.
"Görüşdə vitse-prezident Cövdət Yılmaz, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat iştirak ediblər", - məlumatda deyilir.
Xatırladaq ki, Əvvəllər Venesuelanın vitse-prezidenti vəzifəsində çalışmış Rodriqes rəsmi and içərək yanvarın 5-də müvəqqəti dövlət başçısı kimi vəzifəsinin icrasına başlayıb.
Yanvarın 3-də Tramp ABŞ-nin Venesuelaya qarşı genişmiqyaslı, uğurlu zərbə endirdiyini elan edib. O, Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq Venesuela ərazisindən çıxarıldığını qeyd edib.
İki gün sonra, 5 yanvarda Venesuela lideri və həyat yoldaşı ittihamların irəli sürülməsi üçün Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıblar. O, məhkəmədə təqsirsiz olduğunu bildirib və əlavə edib ki, hələ də ölkəsinin prezidentidir. Amerika məhkəməsi konsulluq rəsmilərinin Venesuelaya səfər etməsinə icazə verib.
Maduro və həyat yoldaşının işi üzrə ikinci məhkəmə iclası 26 mart 2026-cı ildə Nyu-Yorkdakı federal məhkəmədə hakim Elvin Hellerstaynın sədrliyi ilə baş tutub.
Oxşar xəbərlər
Ərdoğan Venesuelanın müvəqqəti Prezidentini qəbul edib
Astana və Ankara ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq barədə razılığa gəlib
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Fələstinə dəstəyini bundan sonra da davam etdirəcək
Ərdoğan Makronla regional və qlobal məsələləri müzakirə edib
Venesuela Amerikanın iki energetika şirkəti ilə memorandumlar imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
-
Fransa döyüş əməliyyatlarının planlaşdırılması üçün ABŞ süni intellektinə alternativ hazırlayır
-
İmişli sakini Araz çayına düşərək boğulub
