Starmer: İstefaya getməyəcəm, ölkəni yeni seçki xaosuna sürükləmək olmaz
sizinxeber.az xəbər saytı

Starmer: İstefaya getməyəcəm, ölkəni yeni seçki xaosuna sürükləmək olmaz


Böyük Britaniya hökumətinin başçısı Kir Starmer ölkəni yeni seçki xaosuna sürükləməmək üçün istefa vermək niyyətində olmadığını bəyan edib.

"Report"un məlumatına görə, baş nazir bunu BBC-yə müsahibəsində bildirib.

"İstefaya getmək niyyətində deyiləm. Biz ölkəni lider seçkiləri xaosuna məruz qoymamalıyıq. Bu təkəbbürlük və ya inadkarlıq məsələsi deyil. Söhbət dərin borc hissindən gedir. Mən çətin şəraitdə bu ölkəyə xidmət etmək üçün seçilmişəm və məhz bunu edirəm", - o deyib.

Starmerin sözlərinə görə, o, istefaya getmək ehtimalını nəzərdən keçirmir, çünki ölkənin maraqları naminə işini davam etdirməyi və siyasi sabitliyi təmin etməyi öz borcu hesab edir.

"Son həftələrdə başqaları öz arqumentlərini irəli sürüblər, mən isə fikrimi seçildiyim işə - ölkə qarşısında öhdəliklərimin yerinə yetirilməsinə cəmləmişəm. Bu, xidmət və borc məsələsidir", - baş nazir vurğulayıb.

Oxşar xəbərlər

Starmer: Yaxın illərdə Baş nazir vəzifəsindən ayrılmaq niyyətində deyiləm
Niderland hökuməti istefaya gedir
Tramp FED rəhbərini istefaya göndərmək niyyətində deyil
Starmer istefa çağırışlarını rədd edib
Starmer yaxın zamanda postunu tərk edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər