BP yeni ikiseqmentli biznes strukturuna keçəcək
2026-cı il iyulun 1-dən etibarən BP üçseqmentli strukturu əvəz edərək iki ayrı biznes seqmenti – kəşfiyyat və hasilat seqmentlərinə bölünəcək.
"Sizinxeber.az" şirkətin məlumatına istinadən xəbər verir ki, Qordon Birrell kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezident təyin edilib, Riçard Hardinq isə hasilat üzrə icraçı vitse-prezident vəzifəsini icra edəcək. Hazırda hasilat üzrə daimi icraçı vitse-prezident vəzifəsinə namizədlərin seçimi prosesi aparılır.
"İkiseqmentli model vəzifələr dairəsini dəqiqləşdirməyə imkan verəcək və qərarların daha sürətli və səmərəli qəbul edilməsini təmin edəcək", - məlumatda bildirilib.
"Upstream" bölməsi dünyanın ehtiyac duyduğu enerji resurslarının axtarışı, işlənilməsi və istehsalı proseslərini optimallaşdıraraq, kəşfiyyat, işlənmə və hasilat daxil olmaqla BP-nin neft-qaz regionlarını birləşdirəcək. Ona həmçinin BP-nin kəşfiyyat və hasilat sahəsindəki birgə müəssisələri, eləcə də bərpa olunan təbii qaz və karbonun tutulması və saxlanması üzrə bölmələri daxil olacaq.
"Downstream" seqmentində neft emalı, terminallar, boru kəmərləri, nəqliyyat və gündəlik tələbat malları, bioyanacaq, aviasiya, hidrogen və "Castrol" təmsil olunacaq, bu da BP məhsullarının istehsalı, nəqli və satışı proseslərini uzlaşdırmağa imkan verəcək.
"Təchizat, ticarət və gəmiçilik" bölmələri inteqrasiya olunmuş sistem çərçivəsində təchizatı və əlavə dəyərin yaradılmasını dəstəkləyərək hər iki seqmentdə işini davam etdirəcək.
Bərpa olunan energetika sahəsindəki layihələr texnoloji seqmentə daxil ediləcək və hesabatlılıqda "digər bizneslər və korporativ məqsədlər" ("Other Businesses & Corporate") bölməsində nəzərə alınacaq.
Yeni struktur BP-nin mövcud üç seqmentini əvəz edəcək: Hasilat və əməliyyat fəaliyyəti (P&O), qaz və aşağı karbonlu energetika (G&LCE), habelə müştərilər və məhsullar (C&P).
Cari ilin sonunadək BP köhnə təşkilati struktura uyğun olaraq hesabat verəcək, 2027-ci il yanvarın 1-dən isə yenisinə keçəcək.
Oxşar xəbərlər
Macarıstan şirkəti TPAO ilə Xəzər regionunda kəşfiyyat və hasilat layihələrində əməkdaşlıq edəcək
BP-nin hasilat üzrə yeni baş vitse-prezidenti təyin edilib
Qordon Birrell: "BP Azərbaycanda ən yüksək effektivlik göstəricilərinə nail olub"
Azərbaycanlı mütəxəssis BP-nin hasilat üzrə yeni baş vitse-prezidenti təyin olunub
Qordon Birrell: "ADUA blokunda seysmik və qazma kəşfiyyat işləri planlaşdırılır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib - YENİLƏNİB
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
