Rəşad Hüseynov: "Dövlət Proqramının icrası üçün 5,9 milyard manat investisiyaya ehtiyac var"
sizinxeber.az xəbər saytı

Rəşad Hüseynov: "Dövlət Proqramının icrası üçün 5,9 milyard manat investisiyaya ehtiyac var"


"Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası üçün ilkin hesablamalara görə 5,9 milyard manat investisiyaya ehtiyac var.

"Sizinxeber.az"un Zəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Rəşad Hüseynov Dövlət Proqramı ilə bağlı keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, tələb olunan investisiyanın təxminən 37 %-i dövlət dəstəyi hesabına, 63 %-i isə özəl sektorun vəsaiti hesabına təmin ediləcək: ""Dövlət dəstəyi subsidiyalar, güzəştli maliyyələşmə mexanizmləri və digər təşviq alətləri vasitəsilə həyata keçiriləcək. Proqram aqrar sektorda istehsalın artırılması, ixrac potensialının genişləndirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir".

Oxşar xəbərlər

Rəşad Hüseynov: "Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək"
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Məcnun Məmmədov: "Aqrar ixracı stimullaşdırmaq üçün logistika xərcləri maliyyələşdiriləcək"
Məcnun Məmmədov: "Dövlət Proqramı həyata keçirilərkən fermerlərin və sahibkarların fəal iştirakı vacibdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər