Fərid Şəfiyev: Azərbaycanın milli maraqları bütün regiona töhfə verir
sizinxeber.az xəbər saytı

Fərid Şəfiyev: Azərbaycanın milli maraqları bütün regiona töhfə verir


Azərbaycanın milli maraqları bütün regiona töhfə verir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycanın liderliyi ilə yeni geosiyasi reallıq formalaşır:

"İndi bizi maraqlandıran məsələ Ermənistanda keçirilmiş son seçkilərdir. Bir tərəfdən seçkilərin nəticəsi onu göstərir ki, Ermənistan sülh prosesi, normallaşma prosesini davam etdirmək istəyir. Digər tərəfdən, vacib məsələ odur ki, Azərbaycanın haqlı tələbləri, gözləntiləri dəyişməyib".

F.Şəfiyev Azərbaycanın ətrafında gedən proseslərdə hər bir ölkənin öz maraqlarını təmin etməyə çalışdığını vurğulayıb: "Bununla belə, Azərbaycanın milli maraqları bütün regiona töhfə verir".

BMTM rəhbəri qeyd edib ki, Ermənistanda baş tutan parlament seçkilərindən sonra Qərb mediasında bəzi tendensiyalar müşahidə olunur:

"Qeyd edilir ki, Azərbaycan Ermənistan konstitusiyası ilə bağlı tələbindən imtina etməlidir. Ən azı son beş-altı ildə Qərbdən Azərbaycana verilən məsləhətlərin heç biri bizə faydalı deyil. Bu məqam Azərbaycanın yürütdüyü siyasətin düzgünlüyünü göstərir".

Oxşar xəbərlər

Fərid Şəfiyev: Ermənistan ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid etməməlidir
Fərid Şəfiyev: Ermənistanda etiraf edirlər ki, “Sülh kəsişməsi” layihəsinin gələcəyi yoxdur
BMTM-in rəhbəri: Fransa Ermənistanda revanşistləri silahlandırır
Mətin Məmmədli: Keçmiş münaqişə narrativlərinə qayıtmaq sülh prosesinə təhdiddir
BMTM nümayəndə heyəti Groningen Universiteti tərəfindən təşkil olunan tədbirdə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər