DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
sizinxeber.az xəbər saytı

DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5


Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşü başa çatıb.

"Sizinxeber.az" xəbər verir ki, Meksikadakı "Mexiko Siti" stadionunda baş tutan DÇ-2026-nın açılış matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

9-cu dəqiqədə Xulian Kinyones və 67-ci dəqiqədə Raul Ximenes fərqləniblər.

Qeyd edək ki, bu qrupun digər matçı Cənubi Koreya və Çexiya milliləri arasında keçiriləcək. Sözügedən qarşılaşma saat 06:00-da start götürəcək.

Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci qol vurulub.

"Sizinxeber.az" xəbər verir ki, paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 2:0.

67-ci dəqiqədə Raul Ximenes fərqlənib.

Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci hissə başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda keçirilən matçda ev sahibləri 1:0 hesabı ilə öndədirlər.

Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə birinci hissə başa çatıb.

"Sizinxeber.az" xəbər verir ki, paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda keçirilən matçda ilk hissədən sonra ev sahibləri 1:0 hesabı ilə öndədirlər.

Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

Futbol üzrə DÇ-2026-nın ilk qolu vurulub.

"Sizinxeber.az" xəbər verir ki, Meksika - Cənubi Afrika Respublikası (CAR) qarşılaşmasında meydan sahibləri hesabı açıblar.

Mexikodakı "Mexiko Siti" stadionundakı matçın 9-cu dəqiqəsində Xulian Kinyones fərqlənib.

Meksikada futbol üzrə dünya çempionatına start verilib.

"Sizinxeber.az" xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşır.

Paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda başlayan görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

Oyunun start fiti saat 23:00-da səslənib.

Oxşar xəbərlər

DÇ-2026: Meksika CAR ilə oyunda ikinci qolu vurub - YENİLƏNİR-4
DÇ-2026: Meksika - CAR oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
DÇ-2026: Meksika - CAR oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
DÇ-2026-nın ilk qolu vurulub - YENİLƏNİR
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər