Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə dövlət katibi “X” hesabında bildirib.
Dövlət katibi qeyd edib ki, görüş ötən il dekabrda Bratislavada keçirilən ilk fikir mübadiləsindən və konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra baş tutub.
“Slovakiya–Azərbaycan Strateji Tərəfdaşlığını və ikitərəfli münasibətləri daha da gücləndirmək istiqamətində ortaq öhdəliyimizi müzakirə etmək imkanını yüksək qiymətləndirdim.
Biz daha yüksək səviyyəli səfərlərin hazırlanması üzərində çalışırıq. Nəqliyyat, biznes, innovativ həllər, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün bütün imkanlar açıqdır”, - dövlət katibi əlavə edib.
Oxşar xəbərlər
Slovakiya XİN-in dövlət katibi Azərbaycana səfər edib
Azərbaycanla Slovakiya arasında konsulluq məsləhətləşmələri aparılıb
Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
Slovakiya Azərbaycanla investisiya sazişinin tezliklə imzalanacağına ümid edir
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
