Fermer: "Emal sənayesinin inkişafı ilə bağlı təkliflərimizi verməyə hazırıq"
sizinxeber.az xəbər saytı

Fermer: "Emal sənayesinin inkişafı ilə bağlı təkliflərimizi verməyə hazırıq"


Bu gün Azərbaycanda yun emalı sahəsi faktiki olaraq mövcud deyil.

"Sizinxeber.az"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında həmin rayondan olan fermer Ziyəddin Səftərov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə keçirilən regional müşavirənin yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, sovet dövründə Yevlaxda fəaliyyət göstərən yun emalı zavodu sonradan fəaliyyətini dayandırıb.

Z. Səftərov bildirib ki, kənd təsərrüfatının inkişafı yalnız istehsalın artırılması ilə məhdudlaşmamalı, məhsulların emalı istiqaməti də paralel şəkildə gücləndirilməlidir.

Fermer qeyd edib ki, hazırda dəri istehsalı və emalı sahəsində də vəziyyət qənaətbəxş deyil. O vurğulayıb ki, oxşar problemlər pambıqçılıq, taxılçılıq və çəltikçilik sahələrində də müşahidə olunur.

"Gələcəkdə emal sənayesinin inkişaf etdirilməsi vacibdir. Biz də, xüsusilə qoyunçuluqda yun emalının təşkili və inkişafı ilə bağlı öz təkliflərimizi təqdim etməyə hazırıq", - deyə Z. Səftərov əlavə edib.

Oxşar xəbərlər

Fermer: "Aqrar sektorda hüquqi bazanın təkmilləşdirilməsində təkliflərimiz nəzərə alınmalıdır"
Ağdaşdakı fermer təsərrüfatı 10 milyon manat investisiya yatırmağı planlaşdırır
Rəşad Hüseynov: "Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək"
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər