Məcnun Məmmədov: "Azad edilmiş ərazilərdə investisiya layihələri üçün minimum 20 hektar torpaq sahəsi tələb olunur"
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fermer təsərrüfatları üçün ən az torpaq sahəsi 5 hektar təşkil edəcək.
"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı Ekspo Mərkəzində təşkil olunan "İqlim, iqtisadi və təhlükəsizlik çağırışları kontekstində ərzaq təhlükəsizliyi: Regional perspektivlərin fərqli və oxşar cəhətləri" adlı panel müzakirələri zamanı bildirib.
Nazirin açıqlamasına əsasən, azad edilmiş torpaqların kənd təsərrüfatı baxımından inkişaf etdirilməsi məqsədilə yeni torpaq siyasəti həyata keçirilir.
M. Məmmədov qeyd edib ki, işğaldan azad olunan ərazilər "yaşıl zona" statusu alıb və burada genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır: "Son beş il ərzində həmin ərazilərdə üç beynəlxalq hava limanı inşa edilib və 1 000 kilometr avtomobil yolu çəkilib. Hazırda bölgədə inkişafın növbəti mərhələsi icra olunur. Bu mərhələdə "ağıllı kənd"lərin və "ağıllı şəhər"lərin qurulması, əhalinin doğma yurdlarına geri dönüşünün təmin edilməsi nəzərdə tutulur".
Nazir diqqətə çatdırıb ki, kənd təsərrüfatı sahəsində əvvəlki dövrlərdən fərqlənən yanaşma tətbiq olunur: "Azad edilmiş ərazilərdə fermer təsərrüfatları üçün ən az torpaq sahəsi 5 hektar, investisiya layihələri üçün isə minimum 20 hektar həcmində torpaq ayrılması nəzərdə tutulub. Keçən il 8 kənddə kənd təsərrüfatı torpaqlarının bərpa prosesi başlayıb. Hazırda kənd təsərrüfatı istiqamətində 200-ə qədər investisiya layihəsi təqdim olunub və onlardan 120-dən artığı seçilərək təsdiq edilib. Bu layihələr meyvə-tərəvəz istehsalı, istixana təsərrüfatları, balıqçılıq və digər sahələri əhatə edir", - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Cəbrayılda ilk dəfə kənd təsərrüfatı üçün sahibkarlara 991 hektar torpaq sahəsi ayrılıb
Rüstəm Şahbazov: "İşğaldan azad edilmiş ərazilərdə torpaqlar 2 istiqamətdə idarə ediləcək"
Azərbaycan azad edilmiş ərazilərdə kənd yerlərinin inkişafı üzrə türk dövlətləri ilə səmərəli əməkdaşlıq edir - Məcnun Məmmədov
Nazir: "Ağalı kəndindəki əkin modelini genişləndirməyi planlaşdırırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
