İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
sizinxeber.az xəbər saytı

İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib


İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi bu gün Azərbaycana səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sizinxeber.az-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İordaniya parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Şahin Abdullayev, Ömər Bərəkət Əl-Nəhar və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Nümayəndələr Palatasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək, ölkəmizin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Səfər iyunun 26-da başa çatacaq.

Oxşar xəbərlər

Milli Məclisin sədri Tacikistanda işgüzar səfərdədir
Misir Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb
Milli Məclisin sədri Rusiyaya səfər edib - FOTO
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər