"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "TNS Avropada yaxşı tanınan komandadır"
"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi TNS (Uels) Avropada yaxşı tanınan komandadır.
"Sizinxeber.az" xəbər verir ki, bunu komandanın baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, hər rəqibə hörmətlə yanaşmağın vacibliyini qeyd edib:
"İlk növbədə hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. TNS dəfələrlə Uels çempionatının qalibi olub. Avropada yaxşı tanınan komandadır. Onlar daxili çempionatda son 10 ildən çox müddətdə dominantlıq edirlər. Hansı futbolu oynamağınızdan asılı olmayaraq, hər matçda qələbə qazanmaq düşüncəsini inkişaf etdirməlisiniz. Bu, hər bir rəqibə hörmət etməyin və özünüzü ən yaxşı şəkildə hazırlamağın vacibliyini göstərir".
Baş məşqçi püşkatmanın nəticəsini dəyərləndirib:
"Hansı rəqiblə düşməyimizin tamamilə əhəmiyyətsiz olduğunu düşünürəm. Ən vacib məqam necə hazırlaşacağımız, hansı formada olacağımız, nə qədər istəkli və intizamlı davranacağımızdır. Kağız üzərində zəif görünən rəqiblə də qarşılaşa bilərsiniz, lakin hazır deyilsinizsə, problem yaşayacaqsınız. Çünki artıq hamı futbol oynamağı bacarır. Evdə və səfərdə keçiriləcək 2 oyunda hər şey baş verə bilər".
V.Dambrauskas qarşıdakı 2 həftəlik təlim-məşq toplanışına da toxunub:
"İndi etməli olduğumuz yeganə şey bu toplanışa böyük istək və mükəmməl motivasiya ilə başlamaqdır. İki həftəlik yüksək səviyyəli hazırlıq keçməli, yoldaşlıq görüşlərində oyun üslubumuzu yeniləməliyik. Mövcud oyunumuzu təkmilləşdirmək üçün bəzi yeni komponentlər əlavə etməli və futbolçulara necə bir sistem istədiyimizi xatırlatmalıyıq. Düzgün hazırlaşdığımız təqdirdə, nəticə özü gələcək".
Xatırladaq ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq. Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.
Oxşar xəbərlər
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Azərbaycan Kubokunu qazansaq, tarixi nəticə olacaq"
AFFA rəsmisi: "Sabah"ın UEFA Konfrans Liqasında azarkeşləri sevindirəcəyinə inanıram"
"Omoniya"nın baş məşqçisi: İlk 30 dəqiqədən sonra rəqibə nəfəs almağa imkan vermədik
"Osiyek"in baş məşqçisi: "Zirə" çox yaxşı komandadır
Valdas Dambrauskas: "Oyunun gedişinə görə haqq etdiyimiz qələbəni qazandıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Neft Emalı Zavodunda yanğın başlayıb
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
