Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarükü həyata keçirilib - FOTO
Xocalı rayonunda 34 illik fasilədən sonra ilk dəfə barama tədarükü həyata keçirilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, son iki il ərzində Xocalının Daşbulaq kəndi ərazisində 163 hektar sahədə super intensiv tipli tut bağı salınıb. Əkin zamanı hər hektarda 10 min ədəd ting əkilib və yüksək məhsuldarlıq əldə olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müşaviri İmran Cümşüdov bildirib ki, əldə olunan nəticələr rayonda baramaçılığın yenidən bərpasına imkan yaradıb. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında təsərrüfata 100 qutu ipəkqurdu verilib və onların yetişdirilməsi uğurla başa çatdırılıb. İlkin mərhələdə 700 kiloqram barama məhsulu toplanaraq “Azəripək” MMC-yə təhvil verilib.
İ.Cümşüdov qeyd edib ki, Xocalıda reallaşdırılan kənd təsərrüfatı layihələri istehsalın artırılması ilə yanaşı, “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təmin edilməsinə də xidmət edir. Daşbulaq kəndində yaradılan super intensiv tut bağları və baramaçılıq təsərrüfatında yerli sakinlər üçün yeni iş yerləri açılıb. Hazırda rayona köç edən ailələrin üzvləri müxtəlif kənd təsərrüfatı sahələrində daimi və mövsümi işlərlə təmin olunur.
Direktor müşavirinin sözlərinə görə, gələcəkdə baramaçılıq təsərrüfatının daha da genişləndirilməsi və əlavə iş yerlərinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər çərçivəsində baramaçılığın bərpası regionun iqtisadi potensialının artırılması, məşğulluğun genişləndirilməsi və kənd təsərrüfatı istehsalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib
Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorunun 3 müavini olacaq
İndoneziya səfiri Xankəndiyə səfər edib - FOTO
Ağdərənin Aşağı Oratağ kəndinə köçən 6 ailəyə mənzillərinin açarları təqdim olunub
Türkiyənin ticarət nazirinin müavini Qarabağa səfər edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
