Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub
sizinxeber.az xəbər saytı

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub


Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub.

"Sizinxeber.az" xəbər verir ki, bu, Bakıda keçirilən üçüncü turun son qarşılaşmasında Boris Qrebennikovun baş məşqçi olduğu komandanın Portuqaliya yığması ilə oyunundan sonra reallaşıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma rəqibin 3:1 (21:25, 25:16, 25:12, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, milli daha əvvəl Avropa Liqasında Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstana 1:3 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasında növbəti qələbəsini qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər