Əziz Ələkbərli: Sülh danışıqları çərçivəsində Qərbi Azərbaycana qayıdış məsələsinə də aydınlıq gətirilməlidir
sizinxeber.az xəbər saytı

Əziz Ələkbərli: Sülh danışıqları çərçivəsində Qərbi Azərbaycana qayıdış məsələsinə də aydınlıq gətirilməlidir


Əgər insanlar öz doğma yurdlarına qayıtmaq imkanından məhrum edilərsə, bölgədə davamlı və dayanıqlı sülhün bərqərar olacağından danışmaq çətin olar.

"Sizinxeber.az" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli "Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, QAİ təkcə son deportasiya dövründə deyil, son iki yüz il ərzində tarixi torpaqlarında yaşamış soydaşların üzləşdiyi faciələri və Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır:

"İcma beynəlxalq hüquqa əsaslanaraq bu insanların hüquqlarının tanınmasını və təmin olunmasını beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən tələb edir. Bu gün Qarabağ münaqişəsi başa çatıb, Azərbaycan və Ermənistan arasında sülh danışıqları aparılır. Hesab edirik ki, bu danışıqlar çərçivəsində Qərbi Azərbaycan qaçqınlarının öz doğma torpaqlarına qayıdışı məsələsinə də aydınlıq gətirilməlidir".

Ə.Ələkbərli qeyd edib ki, bu, yalnız humanitar məsələ deyil, həm də beynəlxalq hüquqla təsbit olunmuş bir hüquqdur:

"Təəssüf ki, Ermənistan rəhbərliyi sülh prosesində müəyyən irəliləyişlərə baxmayaraq, Qərbi Azərbaycan qaçqınlarının öz doğma evlərinə qayıdışına hələ də mane olur. Beynəlxalq təşkilatlara və Ermənistan rəhbərliyinə ünvanladığımız müraciətlər isə indiyədək cavabsız qalıb".

QAİ sədri əlavə edib ki, sülhün əsas təminatlarından biri də xalqlar arasında birgəyaşayışın təmin edilməsidir:

"Ermənistan rəhbərliyi anlamalıdır ki, regionda formalaşmış yeni reallıqlarla hesablaşmaq zəruridir.

Qərbi Azərbaycan İcması olaraq biz sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın tərəfdarıyıq. Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəkləyirik. Eyni zamanda, hesab edirik ki, Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıların öz doğma evlərinə qayıdış hüququnu qəbul etməli və bu prosesə mane olmamalıdır".

Oxşar xəbərlər

Əziz Ələkbərli: Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına şərait yaratmalıdır
İcma sədri: Ermənistan mədəni irsimizin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir
Əziz Ələkbərli: "Qərbi Azərbaycana qayıdış" ideyasını yerlərdə soydaşlarımıza çatdırırıq
Əziz Ələkbərli: İcma yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının hüququ uğrunda mübarizə aparır
Əziz Ələkbərli: Prezident İlham Əliyevin haqq işimizə verdiyi yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər