İcma sədri: Ermənistan mədəni irsimizin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir
sizinxeber.az xəbər saytı

İcma sədri: Ermənistan mədəni irsimizin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir


Ermənistan ölkə ərazisində Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” II beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, ədalətin bərpası və bölgədə davamlı sülhün qurulması yalnız qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və təmin edilməsi ilə mümkündür:

"Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir. Bu tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, ədalət, sülh və barışıq yolunda apardığımız mübarizənin başlanğıc nöqtəsini izah etməkdir. Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədinə sadiqik və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik".

İcma sədri bildirib ki, bu prosesdə beynəlxalq ictimaiyyətin dəstəyi əvəzolunmazdır:

"Biz inanırıq ki, ədalətin bərpası və bölgədə davamlı sülhün qurulması yalnız qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və təmin edilməsi ilə mümkündür. Bu prosesdə beynəlxalq ictimaiyyətin dəstəyi əvəzolunmazdır".

Ə.Ələkbərli vurğulayıb ki, Ermənistan hökumətinin konstruktiv dialoqa hazır olmaması məsələni çətinləşdirir:

"Buna baxmayaraq, sülh və dialoq prinsipləri əsasında haqq işimizi davam etdirməkdə qərarlıyıq".

Oxşar xəbərlər

İcma sədri: Ermənistan ərazisinə UNESCO-nun missiya göndərməsinə icazə vermir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Ələkbərli: İcma yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının hüququ uğrunda mübarizə aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində addımlar atmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Ələkbərov: “Ermənistan hökumətinin konstruktiv dialoqa hazır olmaması bölgədə davamlı sülhün qurulmasını çətinləşdirir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mövlud Çavuşoğlu: Qərbi azərbaycanlıların tələbləri torpaq yox, insan haqları məsələsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər