Sumqayıtda 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada ölüb
sizinxeber.az xəbər saytı

Sumqayıtda 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada ölüb


Sumqayıtda 3 gün əvvəl döyülən qadın bu gün xəstəxanada ölüb.

"Sizinxeber.az"un yerli bürosu məlumat verir ki, hadisə iyunun 17-də 4-cü məhəllədə qeydə alınıb. Belə ki, 1943-cü il təvəllüdlü Həsənova Şərqiyyə İdiş qızı yaşadığı binanın qarşısında döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb.

O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, bu gün tibb müəssisəsində vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdlü Quliyev Ramiz Əhməd oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
Sumqayıtda damdan yıxılan usta 20 gün sonra xəstəxanada vəfat edib
Sumqayıtda qadın müalicə olunduğu xəstəxanada ölüb
Sumqayıtda ərini bıçaqlayan qadın saxlanılıb - YENİLƏNİB
Sumqayıtda avtomobilin bir neçə gün əvvəl vurduğu piyada xəstəxanada ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər