Azərbaycan və Qazaxıstandan 15 nəfərlik heyət İsrailə səfər edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Qazaxıstandan 15 nəfərlik heyət İsrailə səfər edib


İnnovasiya sahəsində fəaliyyət göstərən Azərbaycan və Qazaxıstandan olan 15 nəfərlik birgə nümayəndə heyəti İsrailə səfər edib.

APA xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfərin məqsədinin iştirakçıları innovasiya, akademik mühit, sənaye, sahibkarlıq və texnologiya mərkəzləri, startaplar, kibertəhlükəsizlik, rəqəmsal transformasiya, innovasiya mərkəzləri, su texnologiyaları və digər qabaqcıl texnoloji sahələr üzrə İsrail ekosistemi ilə yaxından tanış etmək olduğu bildirilib.

Proqram çərçivəsində nümayəndə heyətinin dövlət sektoru, özəl sektor, akademik və innovasiya sahələrində fəaliyyət göstərən israilli tərəfdaşlarla peşəkar görüşlər keçirməsi, eyni zamanda İsrail cəmiyyəti ilə yaxından tanış olması nəzərdə tutulur. Bundan əlavə, nümayəndə heyəti MUNI EXPO (Bələdiyyələr və İnnovasiya Sərgisi) tədbirində iştirak edəcək, Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunacaq brifinqlərə qatılacaq, həmçinin İsrailin cənub bölgələrinə və Qəzza sərhədi boyunca yerləşən icmalara səfər edəcək.

“İsrailin Bakıdakı və Astanadakı səfirlikləri hesab edir ki, bu nümayəndə heyəti İsrail, Azərbaycan və Qazaxıstan arasında peşəkar dialoqun gücləndirilməsi üçün mühüm platforma rolunu oynayacaq və innovasiya, texnologiya və tətbiqi həllər sahələrində gələcək əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradacaq”, - səfirlik qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan İsraildə Bələdiyyələr və İnnovasiya Sərgisində iştirak edəcək
İsrail şirkəti ilə Azərbaycanda Kibertəhlükəsizlik Əməliyyat Mərkəzlərinin yaradılması müzakirə edilib
İstanbulda TDT Sənaye, Elm, Texnologiya və İnnovasiya nazirlərinin toplantısı keçirilir- FOTO
Emin Əmrullayev Çindəki beynəlxalq konfransda iştirak edir
İnnovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yeni imkanlar yaradılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər