"Haber Global": Azərbaycanın Kahramanmaraşda məktəb açması iki ölkənin qardaşlığı baxımından çox əhəmiyyətlidir
Azərbaycan tərəfindən Türkiyənin Kahramanmaraş şəhərində Heydər Əliyev adına məktəbin inşası iki ölkənin qardaşlığı baxımından çox əhəmiyyətlidir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” televiziyasının 2023-cü ilin fevralında baş vermiş dəhşətli zəlzələ nəticəsində ciddi ziyan görmüş Kahramanmaraşda salınan Azərbaycan məhəlləsindəki məktəblə bağlı hazırladığı geniş videomaterialda qeyd olunub.
Məlumata görə, bu, zəlzələdən sonra Azərbaycan məhəlləsində inşa edilərək istifadəyə hazır olan ilk tikilidir: “Bütün məhəllədə ciddi inşaat prosesi gedir. Bu prosesin gələn il fevralın sonuna qədər davam edəcəyi gözlənilir”.
Qeyd olunub ki, şagirdlərin təhsili üçün hər cür şərait yaradılıb: “Məktəb üç mərtəbəlidir. Burada yeməkxana, kitabxana, bufet var”.
Süjetdə, həmçinin zəlzələdən sonra Azərbaycanın Türkiyəyə göstərdiyi humanitar yardım barədə də geniş məlumat verilib.
Oxşar xəbərlər
Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - FOTO
Kahramanmaraşda yeni inşa edilən Heydər Əliyev adına məktəbin açılışı olub
“Haber Global”: Azərbaycan meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
