“Haber Global”: Azərbaycan meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verir
Türkiyənin “Haber Global” kanalı Azərbaycanın meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə verdiyi dəstəklə bağlı material hazırlayıb.
“Sizinxeber.az” xəbər verir ki, materialda Prezident İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə göndərilən amfibiya təyyarəsindən söz açılıb.
Bildirilib ki, Türkiyənin günlərlə meşə yanğınları ilə apardığı mübarizəyə Azərbaycan da öz dəstəyini əsirgəməyib:
“Prezident İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə göndərilən Be-200 amfibiya təyyarəsi gəldiyi ilk gündən etibarən, İzmir və Muğla bölgələrində yanğınla mübarizəyə ciddi dəstək verir. Bu təyyarə 12 ton su tutumu ilə yanğının nəzarətə götürülməsində əhəmiyyətli rol oynayır və gəldiyi gündən yanan əraziyə 114 ton suyu boşaldıb.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tam hazır vəziyyətdə gözləyir. Türkiyə tərəfi köməyə ehtiyac görərsə, həmin şəxsi heyət yanğının söndürülməsinə cəlb olunacaq”.
Materialda son yanğınların intensivləşdiyi gün iki ölkə başçısının telefon danışığına toxunulub və bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə göndərilən yanğınsöndürmə təyyarəsi hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Türkiyə səfiri: Həmrəyliyə və dəstəyə görə Azərbaycana təşəkkür edirik
Türkiyədə meşə yanğınlarına qarşı mübarizə üç gündür davam edir
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq FHN-in təyyarəsi Türkiyəyə yola salınacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
