Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətləri icraata qəbul edib
Ermənistan Konstitusiya Məhkəməsi iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi tələbi ilə edilən müraciətləri icraata qəbul edib.
APA xəbər verir ki, bu barədə məhkəmənin sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, “Güclü Ermənistan” bloku, “Birliyin Qanadları”, “Demokratiya, Qanun, İntizam”, “Çiçəklənən Ermənistan”, “Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı”, “Ermənistan” bloku və “Yeni Güc” partiyasının Mərkəzi Seçki Komissiyasının 7 iyun 2026-cı il tarixli parlament seçkilərinin yekunları ilə bağlı qərarının ləğvi tələbi ilə verdiyi ərizələr baxılmağa qəbul edilib.
Məhkəmənin məlumatına görə, bütün müraciətlər bir icraatda birləşdirilib və eyni məhkəmə iclasında araşdırılacaq.
İş üzrə məhkəmə baxışı iyunun 26-da saat 11:00-da keçiriləcək.
Oxşar xəbərlər
Ermənistan KM iyunun 26-da parlament seçkilərinin nəticələrinin ləğvi barədə iddialara baxacaq
Karapetyanın bloku seçkilərin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib - YENİLƏNİB-2
Ermənistanda 4 müxalifət bloku seçkilərin nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət edib - YENİLƏNİB
Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
