Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib, 200-ə yaxın PUA vurulub - YENİLƏNİB
Ukraynanın Moskvaya kütləvi dron hücumuna görə paytaxtın hava limanlarında 260-dan çox uçuş təxirə salınıb və ya ləğv edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, aviaşirkətlər sərnişinləri hava limanına gəlməməyə, biletlərini qaytarmağa və ya dəyişdirməyə çağırıb.
Moskva meri Sergey Sobyanin son sutkada 194 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.
***
10:47
Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, son sutkada Moskva regionu üzərində 180 PUA vurulub.
Ukrayna PUA-larının hədəflərindən biri Moskvanın cənub-şərqində yerləşən Neft Emalı Zavodu olub. Belə ki, Ukrayna son üç gündə zavoda ikinci dəfə hücum edib, zavodda yanğın başlayıb.
PUA hücumundan sonra “Sadovod” ticarət mərkəzində də yanğın başlayıb.
PUA hücumu ilə bağlı Moskvanın bütün hava limanları – “Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” və “Jukovski” aeroportları fəaliyyətini dayandırıb.
Rusiya Müdafiə Nazirliyi son sutkada 555 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.
Oxşar xəbərlər
Ukrayna Moskvaya kütləvi dron hücumu edib, neft emalı zavodu vurulub
Ukrayna Moskvaya kütləvi dron hücumu edib, 32 PUA vurulub
Moskva istiqamətində uçan 6 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB
Moskva istiqamətində uçan 9 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB
Moskva yenidən kütləvi dron hücumuna məruz qalıb: 44 PUA vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
