Qazaxıstan Ələtdəki layihə də daxil olmaqla, xaricdə terminal şəbəkəsinin inkişafını sürətləndirəcək
Qazaxıstan Ələt Azad İqtisadi Zonasındakı (Azərbaycan) obyektlər də daxil olmaqla, xaricdə terminal şəbəkəsinin tikintisini sürətləndirəcək.
"Sizinxeber.az" Qazaxıstan hökumətinə istinadən xəbər verir ki, Baş nazir Oljas Bektenov Nəqliyyat Nazirliyinə KTJ şirkəti ilə birlikdə 1 iyul 2027-ci ilədək o cümlədən Astanada və xaricdə terminallar şəbəkəsinin inkişafını başa çatdırmağı tapşırıb.
Söhbət Qazaxıstanın tranzit potensialını gücləndirməyə və yeni yük axınlarını cəlb etməyə yönəlmiş Ələt, Svisloç, Selyatino, Budapeşt, Çendu və Konstansadakı layihələrdən gedir.
"Son illərdə dəmir yolu infrastrukturunun inkişafı artıq başlanmış layihələrin tamamlanmasına cəmlənmişdi. Həmçinin vaqon və lokomotiv parkının yenilənməsi üzrə planlar müəyyən edilib. İndi infrastrukturun gələcək inkişafına keçmək lazımdır. Xüsusilə də, yük axınlarının Qazaxıstan ərazisindən yenidən istiqamətləndirilməsinə yönəlmiş beynəlxalq terminal şəbəkəsini genişləndirmək lazımdır", - Oljas Bektenov qeyd edib.
Baş nazirin sözlərinə görə, bu layihələrin həyata keçirilməsi Qazaxıstanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Oxşar xəbərlər
Qazaxıstan 2025-ci ildə Ələt limanında terminalın tikintisinə başlayacaq
Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır
Qazaxıstan və Gürcüstan Orta Dəhlizin inkişafını müzakirə ediblər
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün rəqəmsal sistemlərini inteqrasiya edəcək
BTC ilə Qazaxıstan neftinin nəqlinin 2,2 milyon tona çatdırılması müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
