Tramp memorandumun imzalanmasından sonra neftin ucuzlaşdığını bildirib
sizinxeber.az xəbər saytı

Tramp memorandumun imzalanmasından sonra neftin ucuzlaşdığını bildirib


ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra neftin qiymətinin aşağı düşdüyünü bəyan edib.

Sizinxeber.az xəbər verir ki, Tramp sənədi imzaladıqdan sonra jurnalistlərə qısa açıqlamasında “Neft ucuzlaşır” deyib.

Ağ Evin aparat rəhbərinin müavini Den Skavinonun paylaşdığı videogörüntülərə əsasən, memorandum ABŞ dövlət katibi Marko Rubio tərəfindən Trampa təqdim olunub. ABŞ Prezidenti sənədi Marko Rubio, Fransa Prezidenti Emmanuel Makron və digər rəsmilərin iştirakı ilə imzalayıb.

Den Skavino bildirib ki, “Prezident Tramp dövlət katibi Rubiodan sənədi aldıqdan sonra qarşılıqlı anlaşma memorandumunu imzalayıb”.

Onun sözlərinə görə, sənəd Versal sarayında Emmanuel Makronun təşkil etdiyi şam yeməyindən əvvəl imzalanıb.

Oxşar xəbərlər

Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
KİV: ABŞ-İran anlaşma memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar
Tramp ABŞ və İran arasında memorandumun imzalandığını təsdiqləyib
Rubio Fransanın XİN başçısı ilə Ukrayna, Qəzza və İran məsələlərini müzakirə edib
Pezeşkian və Tramp anlaşma memorandumunu imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər