Tramp: İranın ballistik raketlərə malik olmasının tam qadağan edilməsi ədalətsizlik olardı
sizinxeber.az xəbər saytı

Tramp: İranın ballistik raketlərə malik olmasının tam qadağan edilməsi ədalətsizlik olardı


ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın ballistik raketlərə malik olmasının tam şəkildə qadağan edilməsi ədalətli yanaşma olmazdı.

APA xəbər verir ki, Tramp bu barədə Parisə səfəri zamanı jurnalistlərə açıqlamasında danışıb.

“Əgər digər ölkələrin belə raketləri varsa, İranın onlara malik olmaması bir qədər ədalətsiz olardı”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp vurğulayıb ki, Vaşinqton və Tehran arasında aparılan danışıqların əsas mövzusu İranın ballistik raket proqramı deyil, nüvə proqramı ilə bağlı məsələlərdir.

“Əgər Səudiyyə Ərəbistanı və Qətərin müəyyən sayda ballistik raketləri varsa, hesab edirəm ki, İranın da müəyyən proporsiyada belə imkanlara malik olması normaldır”, – deyə ABŞ lideri əlavə edib.

Oxşar xəbərlər

Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər
Tramp: İranın nüvə silahı varsa, heç bir sülh ola bilməz
Tramp: Merz İranın nüvə silahına malik olmasını məqbul sayır
Tramp Tehranın nüvə proqramına görə İrana hücum etməyə tələsmədiyini bəyan edib
Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər