Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilib - FOTO - YENİLƏNİB
Bu gün Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilib.
Sizinxeber.az xəbər verir ki, iclası komissiyanın həmsədrləri – Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin açıb.
İclasda iki ölkə arasında səhiyyə, tibbi təhsil, tibb elmi, humanitar əlaqələr və parlamentlərarası əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Əli Əhmədov bildirib ki, gündəlikdə yer alan məsələlər Azərbaycan-Rusiya əməkdaşlığının mühüm istiqamətlərini əhatə edir.
“Komissiyanın 24-cü iclasının gündəliyinə daxil edilən məsələlər Azərbaycan-Rusiya əməkdaşlığının müxtəlif istiqamətlərini əhatə edir və tərəfdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır”, – o vurğulayıb.
Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin isə səhiyyə və təhsil sahələrinin iclasın əsas müzakirə mövzuları sırasında olduğunu bildirib.
“Əminəm ki, komissiyanın bu istiqamətdə fəaliyyəti konstruktiv olacaq və qəbul ediləcək qərarlar parlament diplomatiyasının, səhiyyə sahəsində əməkdaşlığın, tibbi kadrların hazırlanmasının və təhsil əlaqələrinin inkişafına töhfə verəcək”, – o qeyd edib.
Yatskin humanitar əlaqələrin Azərbaycan-Rusiya münasibətlərində mühüm yer tutduğunu vurğulayıb.
“Ölkələrimizi birləşdirən çox geniş humanitar və insanlararası əlaqələr mövcuddur. İstərdik ki, komissiyanın fəaliyyəti də bu əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini versin”, – o əlavə edib.
İclasda həmçinin parlamentlərarası komissiyanın 2024–2026-cı illər üzrə yol xəritəsinin icrası və növbəti dövr üçün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə parlamentlərarası komissiyanın Azərbaycan və Rusiya tərəfindən üzvləri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
***
10:09
Bu gün Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir.
Sizinxeber.az xəbər verir ki, iclas öz işinə komissiyanın həmsədrləri – Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin açılış nitqləri ilə başlayıb.
Tədbirdə parlamentlərarası komissiyanın Azərbaycan və Rusiya tərəfindən üzvləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri rəhbər işçiləri iştirak edirlər.
Oxşar xəbərlər
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir
Azərbaycan və Rusiya parlamentlərarası əməkdaşlıq komissiyalarının həmsədrləri məlum olub
Andrey Yatskin: Azərbaycan deputatlarının Dövlət Duması seçkilərini müşahidə etməsini gözləyirik
Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib - YENİLƏNİB
Rusiya Azərbaycanla parlamentlərarası əməkdaşlıq üzrə yeni "Yol xəritəsi" hazırlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
