Yalçın Rəfiyev: Yaxın gələcəkdə Qvineya-Bisau ilə konkret nəticələr əldə olunacağını gözləyirik
sizinxeber.az xəbər saytı

Yalçın Rəfiyev: Yaxın gələcəkdə Qvineya-Bisau ilə konkret nəticələr əldə olunacağını gözləyirik


İqlim baxımından həssas inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çağırışlar artıq yalnız iqlim dəyişikliyi ilə məhdudlaşmır. Bir çox ölkələr eyni vaxtda inkişaf ehtiyacları, institusional potensial boşluqları, humanitar təzyiqlər və dayanıqlı dövlət xidmətlərinə artan tələblərlə mübarizə aparmalıdırlar.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan "Yüksək səviyyəli dialoq: Yardımdan çox potensialın inkişafı" adlı sessiyada bildirib.

"COP29 çərçivəsində, tərəfdaşlarımızla birlikdə Azərbaycan “Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışı”nı irəli sürdük. Bu təşəbbüs ən həssas ölkələrin diqqətdən kənarda qalmamasını təmin etməyə yönəlib. Bu təşəbbüsün əsas nəticələrindən biri Bakı İqlim və Sülh Fəaliyyət Mərkəzinin yaradılması oldu. Bu mərkəz iqlim baxımından həssas ölkələrə praktik tərəfdaşlıqlar, texniki yardım, potensialın gücləndirilməsi və layihələrin hazırlanması dəstəyi vasitəsilə yardım göstərmək üçün nəzərdə tutulub".

Onun sözlərinə görə, Mərkəzin əsas məqsədi sadədir: ölkələrin milli prioritetlərini investisiya cəlb edə bilən layihələrə çevirmək:
"Biz anlayırıq ki, maliyyəyə çıxış təkcə resursların mövcudluğundan deyil, həm də keyfiyyətli layihələrin hazırlanması üçün tələb olunan institusional potensial və texniki biliklərdən asılıdır. Bu səylərə dair son nümunələrdən biri Qvineya-Bisaudur. Biz bu yaxınlarda Bakı Mərkəzi çərçivəsində Qvineya-Bisau hökuməti ilə praktiki əməkdaşlığa başlamışıq və yaxın gələcəkdə bu tərəfdaşlıqdan konkret nəticələr əldə olunacağını gözləyirik".

Oxşar xəbərlər

Yalçın Rəfiyev: Müzakirələrdə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində maliyyələşdirmənin rolu vurğulanıb
COP29 Sülh, Yardım və Bərpa Gününün açılışı olub - FOTO
Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Nyu-Yorkda görüşüb
İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır
COP29-un baş danışıqçısı: Bütün ölkələr iqlim maliyyəsi məsələsində səylərini birləşdirməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər